14 il Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) işləyən Con Kiriakou agentlərin işə götürmə siyasətləri ilə bağlı təəccüblü etiraflar edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Kiriakounun sözlərinə görə, agentlik xüsusilə "sosiopatik meylləri" olan şəxslərə üstünlük verir, lakin tam inkişaf etmiş sosiopat olan insanları işə götürməkdən çəkinir. Kiriakou xüsusilə bu insanları niyə seçdiklərini də izah edib. 

Empatiyadan məhrum olan, başqalarının hisslərinə məhəl qoymayan və tez-tez öz mənfəətləri üçün başqalarını manipulyasiya edən insanlara sosiopat deyilir. Bununla belə, Kiriaku onu da qeyd edir ki, əgər sosiopat tamamilə nəzarətdən çıxsa, bu meyllər CIA üçün təhlükə yarada bilər.

"Sosiopatlara nəzarət etmək demək olar ki, mümkün deyil" deyən Kiriakou, bu insanların poliqrafiya testlərindən asanlıqla keçə bildiklərini deyib.  

CIA-ya  agent seçərkən ümumiyyətlə sosiopatik insanlara üstünlük verdiyini ifadə edən Kiriakou, bu meyllərə sahib olanların qadağan olunmuş və etik cəhətdən boz ərazilərdə işləməkdən narahat olmadığını bildirib. Və o, bu insanların CIA-nın yuxarı pillələrində yüksəlməsinə də imkan verdiyini bildirib. 

Özündə də bu meyllərin olduğunu etiraf edən Kirakou insanların evlərinə girməkdən, dinləmə cihazları yerləşdirməkdən həzz aldığını bildirib.  

11 sentyabr hücumlarından sonra terrorla mübarizə əməliyyatlarında iştirak etdiyini deyən Kiriakou "Əl Qaidə" üzvü Əbu Zubaydanın tutulmasında əsas rol oynayan adlardan biridir. 

O, 2012-ci ildə CIA agentinin şəxsiyyət məlumatlarını qanunsuz olaraq sızdırdığı üçün 30 ay həbs cəzasına məhkum edilib.

Gülayə Mecid