Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova və vəkil həyat yoldaşı Ramil Vəliyev ayrılır. 

"Unikal" xəbər verir kİ, sözügedən məsələyə Aysun da sosial şəbəkədə məlumat verib. 

"Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım, hər birinizdən xahiş edirəm mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq" sözlərini qeyd edib.

Qeyd edək ki, Aysun və Ramil cütlüyünün bir övladı var.