"Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişəyə yol verməməli idi".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
"Zelenski də buna imkan verməməli idi. O, mələk deyil. O, daha böyük bir qurumla mübarizə aparır", - Tramp bildirib.
Siyasətçi vurğulayıb ki, Ukrayna münaqişəsi “gülüncdür” və hər iki tərəf saziş bağlamaq və onu başa çatdırmaq üçün güzəştə getməlidir.
Bundan əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə dərhal görüşmək istədiyini bildirib. ABŞ prezidenti qeyd edib ki, Kiyev artıq sülh sazişi bağlamağa hazırdır və Moskva dialoqdan imtina edərsə, yeni sanksiyalarla üzləşə bilər. Eyni zamanda Tramp sülh nizamlanmasında Pekinin dəstəyinə ümid edərək Rusiya və Çinə nüvə arsenallarını azaltmağı təklif edib.
Gülayə Mecid