Çin prezidenti Si Cinpin tərəfindən ÇXR hökumətində dəyişiklik edərək varisini hazırlayır.  

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Mətndən belə çıxır ki, Çində rəhbər vəzifələrin 20%-dən çoxu yenilənəcək və vəzifələrə yeni nəsil məmurlar keçəcək. Materialda qeyd olunur ki, 2030-cu illərə qədər dövlət qulluqçuları karyeralarının zirvəsinə çatanda onların 60 yaşına çatacaqları gözlənilir.

"Beləliklə, onların arasından bir varis haqqında danışmaq olar. Xüsusilə zəngin sahilyanı Zhejiang əyalətinin qubernatoru və ölkənin ən gənc regional lideri Liu Jie ola bilər". 

"Bloomberg" Asiya Cəmiyyəti Siyasəti İnstitutunun Çin Təhlil Mərkəzinin analitiki Neil Thomasdan, "Sinin hakimiyyətdə qalması nə qədər uzun olarsa, onun gələcək varisinin 70-ci illərdən sonrakı nəsildən olması ehtimalı bir o qədər yüksəkdir", - sitat gətirib. 

 Gülayə Mecid