Məşhur müğənni Gülben Ergen 2 yaşında zorakılığa məruz qalaraq dünyasını dəyişən Sıla ilə bağlı sosial media hesabında etdiyi paylaşıma görə prokurorluğa çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Gülben Ergen tez-tez sosial media hesablarında qadın qətli, uşaq istismarı kimi mövzularda paylaşım edir. Bunun fonunda o, İstanbul şəhər Baş Prokurorluğuna çağırılıb.
Müğənni 2 yaşında qətlə yetirilən azyaşlıya görə, prokurorluğa çağırılmasına təəccüblənib. Məlum olub ki, naməlum şəxslər Gülben Ergeni məhz bu paylaşımına görə polisə şikayət edib.