Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.