Almaniyanın "Bavariya" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
"Unikal" xəbər verir ki, Münhen təmsilçisi "Köln"dən Yonas Urbiqi transfer edib. Klubun mətbuat xidməti bu barədə məlumat yayıb. "Bavariya" alman qolkiper üçün 7 milyon avro təzminat ödəyib və 21 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Yonas Urbiq "Köln"ün yetirməsidir və Almaniya U-21 millisinin üzvüdür. Bu mövsümdə 2-ci Bundesliqada "Köln"ün heyətində 11 rəsmi matçda iştirak edib və qapısında 22 qol görüb.