Məşhur menecer Ayşe Barım həbs edilib. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, "Gəzi Parkı" istintaqı çərçivəsində saxlanılan menecer Ayşe Barım "Türkiyə Cümhuriyyəti hökumətini devirmək cəhdlərinə yardım etmək və ya onun öz vəzifələrini yerinə yetirməsinə mane olmaq" ittihamı ilə həbs edilib.

O, sənətçiləri "Gəzi Parkı" hadisələrində iştiraka yönəltməkdı, Osman Kavala kimi müttəhimlərlə yaxın təmas qurmaqda və hadisələri planlaşdıranlardan biri olmaqda ittiham edilib.

Barım aksiyalarda 1-2 dəfə getdiyini deyib. 

Xatırladaq ki, İstanbul Respublika Prokurorluğu bəzi sənətçi və aktyorların meneceri olan Ayşe Barımla bağlı sosial media platformalarında yer alan xəbərlərdəki iddiaları əsas götürərək araşdırmaya başlamışdı. Ayşe Barım kino sektorunda monopoliya yaratmaqda və ona qarşı çıxan aktyorları kino bazarından uzaqlaşdırdığı iddiaları ilə gündəmə gəlmişdi.