Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, ölkə boyu, xüsusilə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun beynəlxalq normalara uyğun yenidən qurulması və inşasında xidmətlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib.

"Unikal" xəbər verir ki, mükafatı Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov təqdim edib.

Saleh Məmmədov göstərilən yüksək diqqətə görə təşəkkürübü bildirib, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yol infrastrukturunun inkişafında fəal iştirak edəcəyini vurğulayıb.