Leonardo da Vinçinin məşhur “Mona Liza” (“La Gioconda”) tablosu Luvr muzeyinin ayrıca girişi olan xüsusi salonuna köçürüləcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu ransa prezidenti Emmanuel Makron deyib.
""Mona Liza" Luvr sərgisinin qalan hissəsindən asılı olmayaraq, ayrıca girişi olan xüsusi otaqda nümayiş etdiriləcək", - Makron məşhur muzeyin bərpası planlarına dair iclasda deyib.
Bundan əlavə, Fransanın mədəniyyət naziri Rəşidə Dati bu yaxınlarda Avropa İttifaqından kənar ölkələrdən gələn ziyarətçilər üçün Parisdəki Luvr muzeyinə bilet qiymətlərinin 2026-cı il yanvarın 1-dən arta biləcəyini açıqlayıb.