Yanvarın 29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 4-32 saylı seçki məntəqəsində səs verib.

"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov isə 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsinin 32 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.

Qeyd edək ki, muxtar respublikada 330 məntəqədə səsvermə prosesi həyata keçirilir və 44 bələdiyyəyə 512 üzv seçiləcək.