Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb.

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Məlumata görə, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

*** 10:43

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, hazırda həmin şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, yanvarın 18-də Azərbaycanda ilk meymunçiçəyinə yoluxma faktı aşkarlanıb.