ABŞ prezidenti Donald Tramp hərbçilərə Somalidə İŞİD terror təşkilatına zərbə endirməyi əmr edib.

"Unikal" xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb. 

“Bu səhər mən İŞİD-in güclü hücum planlayıcısına və onun Somalidə topladığı və rəhbərlik etdiyi digər terrorçulara qarşı dəqiq hava hücumları əmrini verdim”, - Tramp yazıb.