Məşhur reper Kanye Uestin həyat yoldaşı, model və dizayner Bianca Censori 2025-ci il "Qremmi" Mükafatları mərasimindən həddindən artıq açıq-saçıq geyiminə görə qovulub.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, 30 yaşlı Censorinin geyimi bütün dünyada hiddətə səbəb olub. Uest isə qara kostyum və qara eynəyə üstünlük verib.
Məlumata görə, Uest və Censori mükafatlandırma mərasiminə dəvətsiz gəliblər. Geyimlərini nümayiş etdirdikdən sonra onlardan mərasimi tərk etmələri istənilib, daha sonra izahat vermək üçün polis bölməsinə müşayiət olunub.
Kanye Uest və Bianca Censori 2022-ci ildən evlidirlər. Bundan əvvəl reper model Kim Kardaşyanla evli olub.