"Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik ili" olduğu üçün amnistiya aktına da ehtiyac var"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

"Hesab edirəm ki, parlament də təşəbbüs göstərib Respublika Gününə qədər hazırlayıb təqdim edə bilər. Əfv komissiyasında müaraciətlərə baxılır, buraxılanlar olur. Amma amnistiya geniş əhatəyə şamil olunur. Ona görə də, belə təşəbbüsün parlamentdə qəbul edilməsi bütün vətəndaşlarımızı sevindirər.

Xüsusilə, Azərbaycanın suverenliyi uğrunda döyüşüb, vuruşub, sonradan səhvə yol vermiş insanlar var ki, həbsxanadadır. Onların azadlığa çıxması da bu ildə vacib olan məsələlərdəndir", - deyə deputat bildirib.

Anar Kəlbiyev