"Reklam haqqında qanuna dəyişiklik edilsin. Tibbi xidmətdə nələri rerklam etmək olar, nəyi yox müəyyənləşsin”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Musa Quliyev deyib. 

O bildirib ki, bütün dünyada həkimi şəxs olaraq reklam etmək qadağandır: "Bir sıra televiziya kanallarında şou proqramlarda, tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmayan reklam edilməsi bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Əlbəttə, biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən, tibbi diantalogiya və tibbietikada gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə, plastik cərrahiyə əməliyyatlarında, bədən şəkilləndirmə əməliyyatlarında, mədəkiçiltmə əməliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Hansı ki, bunların çoxunun tibbi göstərişi də yoxdur. Həkimlərin ümumiyyətlə şəxs olaraq reklam edilməsi, dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur".

Anar Kəlbiyev