Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gənc ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən geniş bəhs edib.
Gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu deyən R.Mirzəyev Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
O, həmçinin gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqəli olduğunu bildirərək, ölkədə dövlətin müstəqilliyinin möhkəmləndirilməsinin intellektual səviyyəli kadrların hazırlığından asılı olduğunu vurğulayıb.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai rayon sektorunun müdiri Tural Əhmədli Ümummilli Lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsinə hər zaman böyük əhəmiyyət verdiyini, bugün də eyni siyasi xəttin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini diqqətə çatdırıblar.
Gənclər adından çıxış edən Əminə Alimova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.
Sonda Xətai rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə fəxri fərman və hədiyyələrə ilə təqdim olunub.