Avropa Şurası Parlament Assambleyası (AŞPA) xüsusi rol oynamır, lakin Gürcüstan Avropa Şurasının üzvü olaraq qalır və əməkdaşlığa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının efirində bildirib.
"Parlament Assambleyası xüsusi rol oynamır, lakin biz, əlbəttə ki, Avropa Şurasının üzvü olaraq qalırıq. Biz Avropa Şurası ilə, o cümlədən Gürcüstana səfər etmiş baş katiblə əməkdaşlığa tamamilə açığıq və biz onunla konkret məsələlərdə razılığa gəldik ", - Kobaxidze deyib.
Yanvarın 29-da AŞPA Gürcüstan hakimiyyətinin şərtləri yerinə yetirməməsi, o cümlədən Gürcüstan parlamentinə növbədənkənar seçkilərin təyin edilməsi şərti ilə səlahiyyətlərinin dayandırılması tələbini irəli sürüb. Buna cavab olaraq Gürcüstan nümayəndə heyəti Assambleyada iştirakan imtina edib.
Ağarza Elçinoğlu