Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla P.Bülbüloğlu bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.