Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir.
"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara dəyişiklik təklif olunur.
“Kitabxana işi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, 31-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində “vəsait kitabxananın sərəncamında qalır” sözləri “vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.
“Muzeylər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə, 25-ci maddəsinin ikinci cümləsində “gəlir bütövlükdə muzeylərin sərəncamında qalır” sözləri “gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Anar Kəlbiyev