"Benfika" yeni transfer həyata keçirib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya təmsilçisi "Komo"dan italiyalı hücumçu Andrea Belottini icarəyə götürub. 31 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, Lissabon klubunda 19 nömrə altında çıxış edəcək.

Belotti 2024-cü ilin yayından "Komo"da çıxış edirdi. Bu mövsüm təcrübəli hücumçu bütün turnirlərdə 19 oyun keçirib, 2 qol vurub. Futbolçunun A seriyası klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.