Şəhid Tuncay Əlizadənin anası Rəna Əliyeva vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Tuncay Əlizadə 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.