"Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar yalandır".
"Unikal" xəbər verir ki, bu sözləri sabiq deputat Vahid Əhmədov deyib.
"Hazırda Bakıdayam. Bu gün elə ofisdə olmuşam".
Qeyd edək ki, Milli Məclisin sabiq deputatı Vahid Əhmədovun səhhətində problem yarandığı, təcili Almaniyaya aparıldığına dair məlumat yayılıb.