"Bizim az şagirdi olan məktəblərimiz əsasən keyfiyyəti aşağı olan məktəblərimizdir. Bir sinif orta hesabla dövlət büdcəsinə 20-25 min manat civarında başa gəlir. 20 uşaq bir sinifdə oxuyursa, bu da 25-25 min manatdır, həmin 20 uşaq hərəsi bir sinifdə oxuyanda bu təxminən 400 min manatdır".

"Unikal" xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Nazir bildirib ki, bir nəfərlik siniflər daha baha başa gəlir:

"Əslində 20 şagird ayrı-ayrılıqda oxuyanda burda bir uşaq 60 min manatdan yuxarı başa gəlir. Bizim təhlillər bunu göstərir. Ona görə də rasionallaşdırmaya gedirik. Belə ki, 2,3 və 4 nəfər şagirdi olan məktəbləri ən yaxındakı məktəblərlə birləşdiririk".