İlk "Mirage" qırıcıları Fransadan Ukraynaya göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lecornu sosial şəbəkə hesabında yazıb.
"2024-cü il iyunun 6-da Emmanuel Makron Fransa istehsalı olan "Mirage 2000"-nin Ukraynaya təhvil verildiyini elan etdi. Onlardan birincisi bu gün Ukraynaya çatıb", - nazir yazıb.
Onun sözlərinə görə, ukraynalı pilotlar bir neçə ay Fransada döyüş təyyarələrini idarə etmək üçün təlim keçiblər.
Ağarza Elçinoğlu