Pakistanda nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident Xayber Paxtunxva əyalətinin şimal-qərbindəki Karak rayonundakı polis idarəsində baş verib.
Terror aktı nəticəsində 3 polis ölüb, 5 nəfər isə yaralanıb. Hüquq-mühafizə orqanları ərazidə əməliyyat-axtarış tədbirlərinə başlayıb.