Azərbaycan millisinin və Türkiyənin "Boluspor" klubunun futbolçusu Vüsal İsgəndərli "Qalatasaray"a qol vurub.

"Unikal" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Türkiyə Kubokunun qrup mərhələsinin oyununda fərqlənib.

Təcrübəli oyunçu 12-ci dəqiqədə İstanbul təmsilçisinin qapısına yol tapıb.

Qeyd edək ki, "Qalatasaray" hazırda davam edən matçda məğlub olsa, ölkə kubokunda mübarizəni dayandıracaq.