İrəvan metrosunda xuliqanlıq edən dörd Rusiya və bir Litva vətəndaşı həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, maskalı naməlum şəxslər "Sasuntsi David" stansiyasının yaxınlığındakı açıq ərazidə qatarı saxlayıb və vaqonları rəngləyiblər. Onların Litva vətəndaşı, 39 yaşlı Lukas Revinskas və Rusiya vətəndaşları - 20 yaşlı Georgi Radgin və Saveliy Biryukov, 27 yaşlı Nikita Volçenkov, 19 yaşlı Stepan Sai olduğu üzə çıxıb. Onlar fevralın 3-də saxlanılıblar.
Onlar Baqrataşen keçid məntəqəsi vasitəsilə ölkəni tərk etməyə cəhd ediblər. Onların beşi də üç ay müddətinə həbs edilib.