ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkofun olduğu təyyarə Moskvanın Vnukovo hava limanına enib.

"Unikal" xəbər verir ki, bunu "Flightradar"ın məlumatları sübut edir. 

 ***10:34

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Vitkoffu Rusiyaya göndərir.  Xüsusi nümayəndənin təyyarəsi Qətər səması üzərində görüntülənib. 

"Unikal" xəbər verir ki, bunu "Flightradar"ın məlumatları sübut edir. 

Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna  və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Ukrayna ABŞ-nin 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Vaşinqton bu məlumatı Moskvaya çatdıracaq. 

Daha sonra Stiven Vitkoffun Moskvaya səfər edəcəyi və Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi barədə xəbərlər yayılmışdı. Lakin ABŞ tərəfi bu informasiyaların doğruluğunu təsdiq etməyib. 

Gülayə Mecid