Fevral ayında qanuni əsas olmadan Gürcüstanda olan 85 əcnəbi deportasiya edilib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, deportasiya edilən əcnəbilər arasında İran, Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, İordaniya, Nigeriya, Əlcəzair, Çin, Ermənistan, Nepal, Hindistan, İraq, Misir, Livan, Myanma, Litva, İsrail və Kamerun vətəndaşları var.
Əcnəbilərin bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə Miqrasiya İdarəsi tərəfindən ölkədən zorla çıxarılıb. Bundan sonra onların hamısının ölkəyə girişi qadağan edilib.
Ağarza Elçinoğlu