Rusiya ABŞ-nin Ukraynada 30 günlük atəşkəslə bağlı təklifi ilə razılaşır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında bildirib.

"Rusiya Ukraynada 30 günlük atəşkəs rejiminin tətbiqini dəstəkləyir, lakin Kursk vilayətinin Ukrayna bölməsi ilə nə etmək sualı yaranır", - deyə Putin qeyd edib.

Putin amerikalı həmkarı Donald Trampla Ukraynada atəşkəs ideyasını müzakirə etmək imkanını istisna etməyib. 

“Düşünürəm ki, bu məsələ ilə bağlı amerikalı həmkarlarımız və tərəfdaşlarımızla da danışmalıyıq. Bəlkə də prezident Trampa zəng edib onunla müzakirə etməliyəm. Amma bu münaqişənin sülh yolu ilə dayandırılması ideyasının özü tərəfimizdən dəstəklənir”, - deyə dövlət başçısı bildirib.