Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarında işləyən 4 qadını saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya FTX-nin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, qadınlar Sevastopol, Voronej və Rostov-na-Donda saxlanılıb.

"Onlar Kiyev tərəfindən Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə qarşı terror aktları törətmək üçün cəlb olunublar və yanacaq-energetika obyektlərində atışma, mina partlayışı və pilotsuz uçuş aparatlarının idarə edilməsi üzrə təlim keçiblər. Axtarışlar zamanı qadınların yaşadığı mənzildən partlayıcı maddələr, detonatorlar, kuratorlarla əlaqə vasitələri götürülüb. Onları 30 ilə qədər həbs gözləyir", - məkumatda qeyd olunub. 

Gülayə Mecid