Gəncədə 44 günlük vətən müharibəsinin qazisi, mayor Həşim Həşimov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, qazi bu gün Gəncə şəhərində dəfn ediləcək.
Məlumta görə, H.Həşimov onkoliji xəstəlikdən əziyyət çəkirdi. Bir müddət əvvəl onun ayağının biri amputasiya edilib.
Qeyd edək ki, Həşim Həşimov 2020-ci il sentyabrın 27-si vətən müharibəsi başlayandan döyüşlərə qatılıb. Həmin illin oktyabrın 27-də Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə yaralanıb. O, “Vətən uğurunda”, "Füzulinin azad olunması", ”Xocavəndin azad olunması”, “Vətən müharibəsi iştirakçısı”, "Silahlı qüvvələrin 90 illiyi”, "Silahlı qüvvələrin 95 illiyi”, "Qüsürsuz xidmətə görə" 3-cü dərəcə, “Qüsursuz xidmətə görə” 2-ci dərəcə medalları ilə təltif edilib. Həşim Həşimov 19 il hərbidə olub.
Ailədir iki övladı yadigar qalıb.
Tural Əhmədov