Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
Hərəkətdə olan “Opel” ilə digər minik maşını ilə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Xəsarət alanlar 1994-cü il təvəllüdlü E.Məmmədli və 1987-ci il təvəllüldü M.İsmayılovdur.
Fakt araşdırılır.
Tural Əhmədov