Birləşmiş Ştatların Federal Seçki Komissiyasının (FEC) rəhbəri Ellen Vayntraub prezident Donald Trampdan işdən çıxarıldığı barədə məktub alıb.

"Unikal" xəbər verir ki, o, məktubun surətini "X" sosial şəbəkəsində dərc edib.

"Seçki komissiyasının üzvlərini dəyişdirməyin qanuni yolu var - bu belə deyil", - deyən Vayntraub tezliklə xidməti tərk etməyəcəyini vurğulayıb.