Bu gün Ermənistanda separatçı rejimin Müdafiə Ordusunun keçmiş komandanı Cəlal Arutyunyan haqqında hökm elan ediləcək. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Dövlət ittihamçısı Arutyunyanın 6 il, zərərçəkmiş tərəf isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Cəlal Arutyunyan 2020-ci ildə 44 günlük müharibə zamanı (7 oktyabr) əks-hücumla bağlı yanlış məlumat verərək erməni hərbçilərin kütləvi şəkildə ölməsində ittiham olunur.  Oktyabrın 12-də “Tsor” hərbi hissəsi, D20 diviziyasına hücumla bağlı digər ittiham isə məhkəməyə göndərilib.

İttihama görə, o, general-leytenant rütbəsində xidmətinə səhlənkar münasibət nümayiş etdirməsi nəticəsində ağır nəticələrə səbəb olub.

Cinayət işinə görə, Azərbaycan Ordusunun düşmənin D20 diviziyasına hücumu zamanı diviziya komandanlığı Cəlal Arutyunyanın müavini, artilleriya rəisi Gennadi Bağdasaryanla əlaqə saxlayıb və ona hücum barədə məlumat verib. Lakin Cəlal Arutyunyan səhvən bildirib ki, yaşınlaşan öz qoşunlarıdır.

Ağarza Elçinoğlu