Şəkidə yaşayış evi tamamilə yanıb.
"Unikal" xəbər verir ki, yanğın Şəki şəhər M. F. Axundov prospektində baş verib. Yanğın yerinə Şəki rayon yangından mühafizə hissəsinin yangınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı 1979-cu il təvəllüdlü Məmmədzadə Şəfəq Aydəmir qızına məxsus ümumi sahəsi 150 kvadratmetr olan yaşayış evi tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli