Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 40 yaşlı kişinin həmyaşıdı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.

"Unikal" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfillinin sözlərinə görə, A.Hacıyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, onun həmyaşıdı M.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***08:52

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

"Unikal" xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.