Almaniya çempionatının 21-ci turunda çempion Bayer Leverkuzen "Volfsburq"u qəbul edib.

"Unikal" xəbər verir ki, matç heç-heçə başa çatıb - 0:0.

"Bayer" 46 xalla ikincidir və lider "Bavariya"dan 8 xal geri qalır. "Volfsburq" 30 xalla 8-ci yerdədir.

Daha bir oyunda isə Dortmund "Borussiya"sı "Ştutqart"ı qəbul edib və 1:2 hesabı ilə uduzub.

Hazırda "Ştutqart" 35 xalla dördüncü, "Borussiya" isə 29 xalla 11-cidir.

Ağarza Elçinoğlu