Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvin “WhatsApp” qrupunda yazdığı şərhlərə görə vəzifəsindən kənarlaşdırılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, antisemit xarakterli ifadələr işlədib və hətta yaşlı bir seçicisi haqqında növbəti seçkiyədək ölməsini arzuladığı barədə zarafat edib.

Sözügedən “WhatsApp” qrupunda Leyboristlər Partiyasının bələdiyyə üzvləri, partiya rəsmiləri və bir başqa deputat iştirak edib. Endryu Qvinin Leyboristlər Partiyasının deputatı Diane Abbot haqqında irqçi, baş nazirin müavini Ancela Reyner haqqında isə cinsiyyətci ifadələr işlətdiyi iddia olunur.

Hökumət sözçüsü məsələyə münasibət bildirərək deyib ki, Baş nazir Kir Starmer ictimai vəzifədə yüksək davranış standartlarını qorumaqda qətiyyətlidir. O, Endryu Qvinin partiya üzvlüyündən uzaqlaşdırıldığını da təsdiqləyib: "Biz “WhatsApp” qrupunda yazılan şərhləri partiyanın qaydaları və prosedurlarına uyğun olaraq araşdırırıq".

Eks-nazir özünün "X" hesabında yaşananlara görə üzr istəyib: "Yanlış mühakimə etdiyim şərhlərə görə dərindən təəssüflənirəm və törətdiyim hər hansı təhqirə görə üzr istəyirəm. Mən bütün həyatım boyu Leyboristlər Partiyasına xidmət etmişəm və Ker Starmer tərəfindən nazir təyin olunmaq böyük şərəf idi".

Ağarza Elçinoğlu