ABŞ prezidenti Donald Tramp etiraf edib ki, o, hərbi əməliyyatlara başlamaqdansa, İranla razılaşmağa üstünlük verir.
"Unikal" xəbər verir ki, dövlət başçısı “The New York Post” qəzetinə müsahibəsində Vaşinqtonla Tehran arasında münasibətlərdən danışıb.
“Mən İranla nüvə məsələlərində razılaşmaq istərdim.
Amerika lideri əlavə edib ki, onun üçün bu, İslam Respublikasını bombalamaqdan daha üstün ssenaridir.
Trampın qeyd etdiyi kimi, belə bir razılaşma İsrailin İrana hücumlarının qarşısını alacaq. Prezident Tehranın hazırkı planlarından əl çəkəcəyinə ümid etdiyini bildirib, lakin eyni zamanda mümkün danışıqların hər hansı təfərrüatını açıqlamaqdan imtina edib.
“Mən deyə bilmərəm, çünki bu, çox sərtdir”, - deyə dövlət başçısı İran İslam Respublikasına razılaşma müqabilində konkret nə təklif edə biləcəyi ilə bağlı suala cavab verib.