İsrailin elm və texnologiya naziri, təhlükəsizlik kabinetinin üzvü Gila Qamliel ölkənin növbəti prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır,.

"Unikal" xəbər verir ki, bu barədə "Times of Israel" xəbər yayıb. 

Bir neçə həftə əvvəl Qamliel Knesset üzvləri və Likud partiyasının, digər sağçı partiyaların əsas fəalları arasında bu vəzifəyə namizədliyi qazanmaq ümidi ilə kampaniyaya başlayıb. 

50 yaşlı Qamliel gəncliyindən siyasi fəaliyyətlə məşğul olub və ölkədə milli tələbə birliyinə rəhbərlik edən ilk qadın olub. İsraildə növbəti prezident seçkiləri 2028-ci ilin iyununda keçiriləcək.