Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

"Unikal"ın  məlumatına görə, 09.02.2025-ci il tarixdə Goranboy-Ağcakənd avtomobil yolunun Zeyvə kəndindən keçən hissəsində Səfikürd kənd sakini 17.05.2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlunun idarə etdiyi VAZ 2107 markalı 22 BL 409 dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ rayonunda qeydiyyatda olub Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 01.07.1995-ci il təvəllüdlü Hüseynzadə Vahid Mobil oğlunun idarə etdiyi PİKAP markalı 77 QA 567 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşub.

Qəza nəticəsində Məhəmməd Bayramov vəfat edib. Onun maşınında olan digər sərnişinlər - Səfikürd kənd sakinləri 18.01.2001-ci il təvəllüdlü Allahverdiyev Mehman Aydın oğlu,18.02.2001-ci il təvəllüdlü Babayev Uğur Ceyhun oğlu və 12.06 2001-ci il təvəllüdlü Allahyarov Məftun Namiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

PİKAP-ın sürücüsü və sərnişinlər - Qaradağ rayon qeydiyyatında olub Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 06.15.1980-ci il təvəllüdlü Hacıbabayev Samir Gülbaba oğlu, Qaraçinar kəndində müvəqqəti yaşayan 09.11.1971-ci il təvəllüdlü Qasımova Zəminə Rəfail qızı müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yeləşdirilmişdir.

*** 19:24

Goranboyda iki minik maşını toqquşub.

"Unikal" xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan "VAZ "markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov