İtaliyanın D’Annuntsio Kyeti-Peskara Universitetinin nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

"Unikal" xəbər verir ki, “Erasmus+” proqramı çərçivəsində baş tutan görüşdə universitetlərarası əlaqələrin dinamik inkişafı, əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi, tələbə–müəllim mobilliyi, müştərək elmi tədqiqat və layihələrin işlənib hazırlanması, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələlərinə xüsusi önəm verilib. 

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, İtaliyanın D’Annuntsio Kyeti-Peskara Universitetinin “Erasmus+” proqramı üzrə rektor nümayəndəsi professor Marcello Costantini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Glauco Conte, Dilçilik Mərkəzinin rəhbəri professor Tania Zulli iştirak ediblər