"Azərbaycan aydın proqram həyata keçirir. O, Ermənistana təcavüzkar kimi baxacaq, çünki biz dedik ki, Artsax yoxdur. Nikol Paşinyan getdi, imza atdı və Ermənistan bütün məsuliyyəti öz üzərinə götürdü".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Armen Rüstəmyan deyib.

Erməni deputat etiraf edib ki, həmin ərazilərdə bütünlüklə Ermənistan hakimiyyətinin rəhbərlik etdiyi proses gedirdi: "Müharibə ilə bağlı bütün bu məsuliyyət Ermənistan və Ermənistan hakimiyyətinin üzərinə qoyulacaq. İndi Azərbaycan yenidən İnterpola müraciət etməyə və konkret adamlar tələb etməyə başlayacaq.

Azərbaycan məhkəmə prosesində Ermənistanın dəstəyini istəyir, hər şeyin tam üzə çıxması üçün Ermənistanın dəstəyinə ehtiyac olan epizodlar var. Yəni orada ifadə vermək üçün adamların getməsini istəyirlər, mühakimə olunan 16 nəfər arasında olmayan müttəhimlər də var. Bu, ciddi prosesdir". 

Ağarza Elçinoğlu