“Mançester Siti” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”a uduzmaqla (2:3) uğursuz seriyasını davam etdirib.

"Unikal" xəbər verir ki, bu, “şəhərlilər”in mövsümdəki 12-ci məğlubiyyəti olub.

Bununla da komandanın baş məşqçisi Xosep Qvardiola şəxsi antirekordunu təkrarlayıb. Bu onun "Mançester Siti"də ən çox məğlubiyyət yaşadığı ikinci mövsümü olub.

Daha əvvəl 2019/20 mövsümündə “Mançester Siti” 12 dəfə uduzub.