Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla səyyar görüş keçirib.
"Unikal" xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovun, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.
Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdiriləcək.