Hazırda paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb.

Bu barədə "Unikal"a Bakı Şəhər DYP İdarəsindən bildirilib.

İdarənin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.