NASA Sevgililər Günündə Böyük Magellan Bulud qalaktikasındakı 30 Dorad dumanlığının bir sıra teleskopların görüntülərindən hazırlanmış və kosmik buketi əks etdirən kompozizziya yayımlayıb. 

"Unikal" xəbər verir ki, agentlik şəklə “Minlərlə çiçək açan ulduzdan ibarət bir buket” şərhini yazıb.

NASA-nın məlumatına görə, görüntü "Chandra" və "Hubble" kosmik teleskopları, həmçinin ALMA radio teleskopları tərəfindən əldə edilən məlumatlardan tərtib edilib. Agentlik bildirir ki, alətlərdən birincis məlumat toplamaq üçün 23 gün ərzində müşahidə aparıb.

Dumanlıq Yerdən təqribən 160.000 işıq ili uzaqlıqda yerləşir və astronomlar tərəfindən indiyə qədər kəşf edilmiş ən kütləvi və gənc ulduzlardan bəzilərini ehtiva edir, dumanlığın isə ən azı 25 milyon il ərzində yeni ulduzların əmələ gəlməsini saxlamaq üçün kifayət qədər “yanacağı” var.

NASA bildirir ki, əldə edilən məlumat dəsti ulduz əmələ gətirən bölgələrdən yayılan rentgen şüalarının tədqiqi üçün yaxın gələcəkdə ən yaxşısı olacaq.