Astara rayonunda qaz xəttində güclü sızma olub.

"Unikal"ın məlumatına görə, rayon ərazisində yerləşən, Şahağacı QPS-dən qidalanan, Təngərüd kəndində diametri 59-mm-lik orta təzyiqli qaz xəttində aşkar edilən güclü qaz sızmasının ləğv edilməsi ilə əlaqədar 1 000 abonentin  qaz təchizatı dayandırılıb.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etməyiniz xahiş olunur.

Xəlil Əliyev